Sevinc Fətəliyeva Suraxanı rayonunda yaşayan müxtəlif xalqların nümayəndələrilə görüşdü
Sevinc Fətəliyeva Suraxanı rayonunda yaşayan müxtəlif xalqların nümayəndələrilə görüşdü

Sevinc Fətəliyeva Suraxanı rayonunda yaşayan müxtəlif xalqların nümayəndələrilə görüşdü

25.01.2020- ci il tarixində Suraxanı rayonunda yaşayan müxtəlif xalqların nümayəndələrinin  müraciətinə uyğun olaraq 30 saylı Suraxanı I Seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş  Sevinc Fətəliyevanın görüşü baş tutub.

Çıxış edən Sevinc Fətəliyeva Azərbaycanda multikulturalizm, tolerantlığın Ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrildiyini qeyd etdi.S.Fətəliyeva ölkə başçısı cənab İlham Əliyevin siyasətinin də mərkəzində  Azərbaycanda yaşayan xalqlar arasında qarşılıqlı sevgi və hörmətin dayandığını bildirdi.

Çıxış edən icma üzvləri Suraxanı sakinləri olaraq səslərini Yeni Azərbaycan Partiyasının vahid namizədi Sevinc xanıma verəcəklərini bildirdilər.