Pirallahıda dezinfeksiya işləri aparılıb
Pirallahıda dezinfeksiya işləri aparılıb

Pirallahıda dezinfeksiya işləri aparılıb

 

Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən
koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə aparılmış dezinfeksiya işləri barədə məlumat yayıb.

İcra Hakimiyyətindən Avrasiya.net-ə daxil olan məlumatda bildirilir ki, Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən verilən məlumata əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, eləcə də koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması istiqamətində Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq tapşırıqlarına əsasən profilaktik tədbirlərin görülməsi məqsədilə Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayon ərazisində çoxmərtəbəli binaların girişi və ümumi istifadə olunan yerləri, eyni zamanda həyət evlərinin həyətyanı sahələri benzal (20%), quru xlor, kreolin və deltathrin maddələrinin qarışığından alınmış dezinfeksiya məhlulu ilə dezinfeksiya işləri aparılmışdır.

Rayonumuzun qəsəbələrində dezinfeksiya işlərini aparan şəxslər lazımi texnika, ləvazimatlar, xüsusi geyimlər ilə təmin edilmiş və onlardan istifadə şərtlərinə ciddi əməl olunmuşdur. Qəsəbələrdə fəaliyyət göstərən ictimai-iaşə, kommersiya obyektləri və digər obyektlərdə koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə istiqamətində maarifləndirici bukletlər vurulmuşdur.

Pirallahıda dezinfeksiya işləri aparılıb

Pirallahıda dezinfeksiya işləri aparılıb


Koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının "Sanitariya-epidemioloji salamatlıq haqqında" Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək elan edilmiş xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən ticarət, ictimai-iaşə obyektlərinin müəyyən edilmiş iş qrafikinə əməl olunmaları ilə bağlı monitorinqlərin aparılması və nəzarətdə saxlanılması tərəfimizdən təmin edilir. Rayon ərazisindəki parklar, küçələr daim təmiz saxlanılır və həftədə 3-4 dəfə təşkil edilmiş dezinfeksiya işləri barədə aidiyyəti üzrə məlumat verilir. Rayonun Neft Daşları qəsəbəsində xüsusi Qərargah yaradılmışdır.

Qəsəbədə bütün yataqxanalar, parklar, yollar, ictimai-iaşə obyektləri dezinfeksiya olunur. Qəsəbə ərazisində fəaliyyət göstərən obyektlərin giriş və çıxışları hərarəti ölçən cihazlar və xüsusi məhlulla təmin olunmuşdur. Lazımi yerlərə maarifləndirici bukletlərin vurulması ilə yanaşı Qərargah tərəfindən işçilər arasında gündəlik maarifləndirmə işləri aparılır.

Rayonun Çilov qəsəbəsinə giriş və çıxışa bir ay müddətinə məhdudiyyət qoyulmuşdur. Küçələrdə antisanitariya qaydalarına əməl olunmaqla yanaşı dezinfeksiya işləri görülür.

Ümumilikdə 12919 sakinin yaşadığı Pirallahı və Gürgən qəsəbələrində yerləşən 432 bina və 1188 giriş qapıları koronavirus (COVİD-19) virusunun yayılmasının qarşısının alınması məqsədilə tərəfimizdən dezinfeksiya işləri aparılmışdır.

Pirallahıda dezinfeksiya işləri aparılıb

Pirallahıda dezinfeksiya işləri aparılıb


Elan olunmuş karantin rejimi çərçivəsində yaşı 65-dən yuxarı olan insanlara evdən çıxmamaq şərtlərinə əməl olunması istiqamətində rayonun Polis Şöbəsinin əməkdaşları tərəfindən maarifləndirmə işləri aparılır.
Qeyd edək ki, rayonumuzda koronavirus (COVİD-19) virusuna bu günə qədər yoluxma faktı qeydə alınmamışdır.

Pirallahıda dezinfeksiya işləri aparılıb