Millət Vəkili İlham Məmmədov koronavirusla mübarizədən danışdı
Millət Vəkili İlham Məmmədov koronavirusla mübarizədən danışdı

Millət Vəkili İlham Məmmədov koronavirusla mübarizədən danışdı

Son vaxtlar dünyanı təşvişə salan koronavirusla mübarizədə  dövlətimiz  lazimi tədbirlər görür və mühüm qərarlar qəbul edərək insanlarımızın bu təhlükədən maksimum qorunmasını təmin edir.

Uzun illər  sağlamlığın  keşiyində duran tanınmış  həkim ,Yevlax rayonundan Millət Vəkili seçilmiş  İlham Məmmədov redaksiyamıza  koronavirusla bağlı  gorülən işlərdən   danışarkən, bu bəlanın qarşısını almaq üçün  xalqımıza  oz məsləhət  və tövsiyyələrini  də verdi.

Nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün dünyanı bürümüş olan bu bəlaya qarşı demək olar ki, bütün ölkələr mübarizəyə qoşulubdur. Yayılan virusun qarşısının alınması üçün ümuni mübarizədə Azərbaycan da dövlət olaraq öz sözünü deyir.

Möhtərəm Cənab prezident İlham Əliyevin iradəsi, Onun qətiyyətli tapşırığı ilə virusun yayıldığı vaxtan ölkəmizdə profilaktik və qabaqlayıcı tədbirlərin görülməsi üçün addımlar atılır.

Xəstəliklə əlaqədar şübhəli insanlar haqqında operativ məlumatın verilməsi, onların dərhal karantinə alınması və inkibasiya dövrünü gözləyərək təhlükənin sovuşduğuna əmin olduqdan sonra həmən insanların sağ-salamat evlərinə buraxılması təmin olunur ki, bu da çox vacib addımlardan biridir.

Bildiyimiz kimi Nazirlər Kabinetinin qərargahında martın 13-də keçirilən toplamtıda qəti olaraq mart ayının 14-dən etibarən ölkə ərazisində kütləvi tədbirlərin, toy və yas mərasimlərinin, keçirilməsinin təxirə salınması qərara alınmışdır.

Bu olduqca vacib və lazımi bir addımdır. Virusun yayılması hava-damcı yoluyla olduğu üçün bunun qarşısını ala bilmək metadologiyası yalnız prafilaktik tədbirlərə və ümumdünya səhiyyə təşkilatının tövsiyyələrinə əməl etməklə mübarizə aparmaq olar. Təbii ki , ölkəmiz də bundan yararlanır və bu gün bütün ərazilərdə tətbiq olunan bu qayda-qanun eyni zamanda mənim təmsil olunduğum Yevlax rayonunda da çox ciddi şəkildə əməl olunaraq artıq tədbirlər planına başlanılıb. Nazirlər Kabinetinin məlum qərarından sonra icra hakimiyyəti başçısıyla telefon əlaqəsi saxladım. Hörmətli başçımız bildirdi ki, artıq qərərgah yaradılıbdı və bir çox tədbirlər həyata keçirilir. Məktəblərdə, inzibati və yaşayış binalarında, məhəllələrin giriş-çıxışlarında prafilaktik dezinfeksiya işləri yüksək səviyyədə aparılır. Eyni zamanda rayon ərazisində toy şənlikləri və digər kütləvi şənliklər üçün tətbiq olunan məhdudiyyətlərə əməl edilməsinə ciddi nəzarət olunur. Hesab edirəm ki, bu qaydalara əməl etməklə biz ümumi bu bəlaya qarşı birgə mübarizə aparmış olarıq. Mən eyni zamanda həm də bir həkim kimi bütün Azərbaycan vətəndaşlarına və xüsusən də Millət Vəkili seçildiyim Yevlax rayonundan olan insanlarımıza müraciət edərək bildirmək istəyirəm ki, Nazirlər Kabineti yanında yaradılmış qərərgahın verdiyi tövsiyyələr, məsləhətlər və tələblər sözsüz yerinə yetirilməlidir. Bununla biz özümüzü, ailəmizi və ətirafımızda olan insanları xilas etmiş olarıq. Hesab edirəm ki, heç bir təşvişə düşmək lazım deyil. Virusdan qorunmaq üçün şüurlu şəkildə hər birimiz lazımı addımları atmalıyıq. Bütün dünya dövlətləri həmrəy olaraq yayılan bu bəlaya qarşı mübarizə aparmalıdır. Allah xalqımızı və dövlətimizi qorusun.